İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 100 ədəd təcili tibbi yardım avtomobillərinin satın alınması məqsədilə “Azərbaycan” qəzetinin 27 avqust 2022-ci il tarixli buraxılışında elan olunmuş satınalma müsabiqəsinin müddəti “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən malgöndərənlərin sorğusu əsasında uzadılır.
Dəyişikliyə əsasən ilkin sənədlərin qəbulu 7 oktyabr 2022-ci il saat 16:00-dək, tender təklifləri və təkliflərin təminatı sənədlərinin qəbulu isə 17 oktyabr 2022-ci il saat 18:00-dək uzadılır.
Tender üzrə təklif zərflərinin açılışı 18 oktyabr 2022-ci il saat 16:00-da agentliyin Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanında yerləşən baş ofisində keçiriləcəkdir.