İki dövlət bankından biri olan “Azər Türk Bank” ASC-nin cəmi gəlirləri I rübün sonuna 5 mln. 445 min manat təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə dövlət bankının cari ilin yanvar-mart aylarına olan maliyyə hesabatında deyilir.
Hazırda əldə etdiyi cəmi gəlir bu il 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1 mln. 124 min manat çox, yəni, 29% daha çox olub.
“Azər Türk Bank” yanvar-mart ayları ərzində 1 mln. 929 min manat faiz xərci ödəməli olub, bu da 3 mln. 516 mln. manat xalis faiz gəliri əldə etməsi deməkdir. Ötən ilin eyni dövründə xalis gəliri 2 mln. 380 min manat təşkil edirdi. Bununla belə bank 2 mln. 422 min manatlıq qeyri-faiz gəliri, 850 min manatlıq qeyri-faiz xərc edib. Nətiədə bankın əməliyyat mənfəəti 4 mln. 972 min manata qədər artıb və xalis mənfəəti 391 min manata qədər olub.
Bankın ötən ilin ilk rübündə xalis mənfəəti 192 min manat idi.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.