Azərbaycanda kredit təşkilatlarının iqtisadiyyata kredit qoyuluşunun həcmi son bir ayda 0.02% və ya 34.6 mln. manat artıb.
Banker.az bu barədə Mərkəzi Bankın statistik rəqəmlərinə istinadən xəbər verir.
İqtisadiyyata cəmi kredit qoyuluşunun həcmi 1 avqust 2020-ci il tarixində 14.59 mlrd. manat olub ki, bu da son üç ayda müşahidə edilən ən yüksək rəqəmdir.
Bu kreditlərin 2.6 mlrd. manatı dövlət (17.9%), 11.6 mlrd. manatı (79.5%) özəl banklar və 380.9 mln. manatı (2.6%) isə qeyri-bank kredit təşkilatlarının payına düşüb.
Dövlət banklarının ümumi kredit qoyuluşundakı payı sonuncu dəfə 2017-ci ilin noyabrında 17.9% olmuşdu. Həmin tarixdən bu tərəfə isə hətta 2018-ci ilin noyabrında 14.7%-ə qədər dövlətin iki bankının payı azalmışdı.