2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi Milli Məclisə daxil olub.
Dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 23 may tarixli iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 min manat, xərcləri isə 33 353 278,0 min manat həcmində təsdiqlənib.