-3 C
Baku
Sunday, December 15, 2024

Dövlət büdcəsinə vergi daxilolmaları 15.3 milyard manatı keçib

Bu ilin 11 ayında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4.1% artaraq 15 milyard 337.7 milyon manat olub. Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18.9% artaraq 9 milyard 015.8 milyon manat təşkil edib.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

“Ölkəmizdə aparılan səmərəli vergi siyasəti qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının yüksək dinamikasını təmin etməklə dayanıqlı iqtisadi artıma əhəmiyyətli töhfə verir”, – nazir əlavə edib.

Son xəbərlər
Digər xəbərlər