10 C
Baku
Wednesday, December 11, 2024

Dövlət büdcəsindən İpoteka və Kredit Zəmanəti Fonduna ayrılan vəsaitin həcmi kəskin azalıb

Cari ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fonduna (AİKZF) ayrılan vəsaitin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 55.9% azdır.

Banker.az bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına istinadən xəbər verir.

2021-ci ilin ilk 10 ayı ərzində dövlət büdcəsindən AİKZF-ə 71.1 milyon manat vəsait ayrılıb. Belə ki, bu məqsədlə cari ilin fevral ayında 17.8 milyon manat, aprel ayında 17.8 milyon manat, oktyabr ayında 35.5 milyon manat vəsait ayrılıb.

2020-ci ilin yanvar-oktyabr aylarında isə dövlət büdcəsindən AİKZF-ə ayrılan vəsaitin həcmi 161.2 milyon manat idi. Bu məqsədlə ötən ilin yanvar ayında 17.8 milyon manat, aprel ayında 57.8 milyon manat, iyul ayında 67.8 milyon manat, oktyabr ayında 17.8 milyon manat vəsait ayrılmışdı.

 

 

Son xəbərlər
Digər xəbərlər