21 C
Baku
Saturday, June 1, 2024

Dövlət büdcəsinin ilk 4 ay üzrə qalığı 2.5 mlrd. manatı keçib

Azərbaycan Respublikasının 2024-cü ilin ilk 4 ayı üzrə dövlət büdcəsinin profisiti 2 mlrd. 509.9 mln. manat olub.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir.

Bu ilin ilk üç ayına qədər 821.7 mln. manat təşkil edib.

Dövlət büdcəsinin gəlirləri illik müqayisədə 9 faiz artaraq 13 mlrd. 259.4 mln. manata, xərcləri isə 20.4% artaraq 10 mlrd. 749.5 mln. manat olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər