Azərbaycan Respublikası dövlət büdcəsinin profisiti 2024-cü ilin ilk 5 ayının sonuna əsasən 2 mlrd. 533 mln. manat təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu göstərici 2024-cü ilin ilk 4 ayına qədər 2 mlrd. 509.9 mln. manat, 2023-cü ilin ilk 5 ayında isə 2 mlrd. 818.6 mln. manat idi.
Dövlət büdcəsinin gəlirləri illik müqayisədə 14.6 faiz artaraq 16 mlrd. 5.9 mln. manat olarkən, dövlət büdcəsinin xərcləri 20.9 faiz artaraq 13 mlrd. 472.9 mln. manat təşkil edib.