-3 C
Baku
Sunday, December 15, 2024

Dövlət büdcəsinin profisiti 2 mlrd. manatdan aşağı düşüb

Azərbaycan Respublikasının 2022-ci ilin yanvar-sentyabr ayları üzrə dövlət büdcəsinin profisiti  (qalıq) 1 milyard 930.8 milyon manat təşkil edib.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Yanvar-avqust ayları üzrə bu 2 milyard 032.9 milyon manat idi.

Məlumatda qeyd edilir ki, dövlət büdcəsinin gəlirləri illik müqayisədə 25.3 faiz artaraq 22 milyard 401.5 milyon manat təşkil edib.

Dövlət büdcəsinin xərcləri 20 milyard 470.7 milyon manat olmaqla öncəki ildən 15.6   çox olub.

 

Son xəbərlər
Digər xəbərlər