2020-ci ilin yanvar-iyun ayları Azərbaycanın dövlət büdcəsində üzrə 291.9 milyon manatlıq profisit (qalıq) yaranıb.
Bu barədə Banker.az Azərbaycanın Statistika Komitəsinə istinadən xəbər verir.
Cari ilin yanvar-may aylarında dövlət büdcəsinin profisiti 1 135.3 milyon manat idi.
Dövlət büdcəsinin gəlirlərinin həcmi 12 022.7 milyon manat təşkil etməklə illik 15.5% və xərcləri 11 730.8 milyon manat təşkil etməklə illik 7.1% artıb.