6 C
Baku
Sunday, December 15, 2024

Dövlət büdcəsinin sosialyönümlü xərcləri 13.5% artıb

Dövlət büdcəsinin cari ilin ilk altı ayında sosialyönümlü xərcləri 5799.8 milyon manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 688 milyon manat və ya 13.5 faiz çoxdur.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, bu rəqəm dövlət büdcəsinin faktiki xərclərinin 44.8 faizini (2021-ci illə müqayisədə 0.7 faiz-bənd çox) təşkil edib.

Qeyd edək ki, dövlət büdcəsinin sosialyönümlü xərcləri dedikdə iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər