22 C
Baku
Sunday, April 28, 2024

Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2022-ci ili 1 milyon 922 min manat mənfəətlə başa vurub. Agentlik 2021-ci ildə 5 milyon 458 min manat zərər etmişdir.

Banker.az bu barədə Agentliyin maliyyə hesabatına istinadən xəbər verir.

2022-ci ildə Dövlət Dəniz və Liman Agentliyinin kommersiya fəaliyyətindən gəlirləri 6 milyon 823 min manat, digər gəlirləri 7 milyon 249 min manat, əməliyyat xərcləri 6 milyon 414 min manat olub.

Agentlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin, habelə Dövlət Dəniz Agentliyinin tabeliyində olmuş Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında yaradılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər