2 C
Baku
Sunday, December 15, 2024

Dövlət İmtahan Mərkəzinə əlavə səlahiyyət verildi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlara, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələrinə dövlət qulluğuna qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.

Bununla əlaqədar Nazirlər Kabineti “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda dəyişiklik edib.

 

Yeni dəyişikliyə əsasən, Dövlət İmtahan Mərkəzi Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri üzrə də inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək. Burada istisna hal kimi yalnız Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinin adı qeyd edilib.

 

Beləliklə, dəyişikliyə uyğun olaraq, bu qayda Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanlar, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına (“Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri istisna olmaqla)” uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanları üzrə test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, həmçinin test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müəyyən edir.

Son xəbərlər
Digər xəbərlər