10 C
Baku
Friday, December 13, 2024

Dövlət İmtahan Mərkəzində ilk ACCA imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) ACCA (The Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) kvalifikasiyasının “İdarəetmə uçotu” imtahanı təşkil edilib.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, “İdarəetmə uçotu” imtahanı ACCA kvalifikasiyasının ilk imtahanıdır. İmtahan 2 saat müddətində aparılıb və 1 nəfər iştirak edib.

Xatırladaq ki, DİM-ə ACCA beynəlxalq imtahanlarının keçirilməsi üçün lisenziya 2020-ci ilin avqust ayında bağlanmış saziş əsasında verilib. ACCA 179 ölkədə 227 min üzvü olan, sertifikat və diplomları beynəlxalq şirkətlər tərəfindən qəbul edilən dünyanın ən böyük mühasibat təşkilatıdır. DİM-də təşkil edilən ACCA imtahanları barədə daha ətraflı məlumatla DİM-in saytında tanış olmaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər