4 iyul 2017-ci il tarixində, Bakı Fond Birjasında(BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102015549 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Banker.az-a Fondan bu barədə bildirilir.
Hərrac zamanı 19 investor tərəfindən 41 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 64,012,200.00 təşkil edib. Bu da tələbin təklifi 6,4 dəfə çox üstələməsi deməkdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 05.07.2017 (t+1) tarixində həyata keçiriləcəkdir və istiqrazların ödəmə tarixi 03.10.2017-ci ildir.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10,000,000.00 AZN təşkil edib.