9 mart 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (AZ0106008888 ISIN-li) 50 mln. manat həcmində, 728 gün (iki il) tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Bu barədə Banker.az-a BFB-dan bildirilir.
Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 92.9896 (11.0000%) və 100.0000 (7.0000%) olan 26 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.5446 (7.8000%), orta ölçülmüş qiyməti 98.5856 (7.7772%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 204 milyon 34.70 min manat, yerləşdirilmiş həcmi isə 75 milyon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 7 mart 2023-cü il.
Hərrac iştirakçıları 10 mart 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.