9 C
Baku
Friday, December 13, 2024

Dövlət istiqrazlarının gəlirliliyi 3.5%-ə düşüb

18 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105002940 ISIN-li, 5 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 100 AZN (4.500%) və 101.9154 AZN (3.5%) olan 10 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.9154 AZN (3.50%), orta ölçülmüş qiyməti 101.9154 AZN (3.5%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 29,962,000 manat yerləşdirilmiş həcmi isə 7,500,000 manat təşkil edilmişdir. Qeyd edək ki, sonuncu dəfə avqust ayında iki illik istiqrazları üzrə hərrac keçirilmişdi və 5.27% orta faiz dərəcəsi olmudşur.

İstiqrazların ödəmə tarixi 16 yanvar 2024-cü il.

Hərrac iştirakçıları 19 yanvar 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər