10 C
Baku
Wednesday, December 11, 2024

Dövlət Komissiyasının İşçi qrupunun yeni ştatı və maaşları müəyyənləşib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun ştat sayı təsdiq edilib.

Banker.az xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli” də təsdiq edilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati ərazisində yerləşdirilməklə, onun madditexniki təminatı, maliyyə əməliyyatlarının aparılması, işçilərinin sosial müdafiəsi və kadr qeydiyyatının həyata keçirilməsi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təmin edilməlidir.

İşçi qrupu üçün 1 (bir) xidməti minik avtomobili nəzərdə tutulur. Maliyyə Nazirliyi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun saxlanılması ilə bağlı xərclərin cari il üçün maliyyələşdirilməsini və hər il üçün tərtib edilən dövlət büdcəsində nəzərdə tutulması ilə bağlı tədbirlər görülməsini təmin etməlidir.

Bununla əlaqədar “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun ştat sayı və aylıq vəzifə maaşlarının təsdiq edilməsi haqqında” 2001-ci il 25 sentyabr tarixli və “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” 2022-ci il 14 yanvar tarixli li qərarlarda da müvafiq dəyişiklik edilib.

Son xəbərlər
Digər xəbərlər