Dövlət Məşğulluq Agentliyi kənd təsərrüfatı mallarının alınmasına 66 milyon manat ayırdı

Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq tenderin qalibini açıqladı.

Banker.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi özünüməşğulluq layihəsi çərçivəsində keçirdiyi irimiqyaslı tender müsabiqəsinə yekun vurub.

Məlumata görə, kənd təsərrüfatı heyvanlarının, digər malların alınması və layihə çərçivəsində təchizatı işlərinin satın alınmasını nəzərdə tutan tenderin qalibi “AGRO BEST” Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub.

Tərəflər arasında bağlanmış satınalma müqaviləsinin ümumi dəyəri 66 150 798 manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər