16 C
Baku
Friday, April 19, 2024

Dövlət Neft Fondu 2021-ci ildə banklara $6.7 mlrd. satıb

Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin son valyuta hərraclarında 140.3 mln. dollar satıb, bu da dekabr ayı üzrə yerli banklara 989.2 mln. dollar satmışdır.

Banker.az bildirir ki, bu barədə Mərkəzi Bankın açıqladığı hesabatlarda qeyd edilir.

Bu da son öncəki ayla müqayisədə 15.8%, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 55.1% artım deməkdir.

Beləliklə, valyuta hərraclarında yerli banklara 2021-ci il ərzində 6 milyard 691.32 milyon ABŞ dolları satılıb. Lakin 2020-ci ildə 7 milyard 302.71 milyon dollar satılmışdı. Bunun da 1 milyard 928 milyon dolları 2020-ci ilin mart ayının payına düşürdü.

Qeyd edək ki, 2021-ci ildə ən böyük (142.2 mln) valyuta satılan hərrac 12 yanvar 2021-ci il tarixdə baş tutub.

23423423432

Son xəbərlər
Digər xəbərlər