Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin iyulunda banklara 212.4 milyon ABŞ dolları satılıb.
Bunu Banker.a-ın hesablamaları göstərir.
İyulda 8 dəfə valyuta hərracı keçirilib və onların hər birində 26.55 milyon dollar satılıb.
Bununla da 2022-ci ilin ilk yeddi ayında banklara 3 milyard 296.1 milyon ABŞ dolları satılıb. Bu öncəki ilin eyni dövrü ilə müqayisədə 65.48 dollar, yaxud 2% çoxdur.