Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən malların, işlərin və xidmətlərin satın alınması məqsədilə dərc edilmiş elanlar üzrə keçirilən 12 lotdan ibarət açıq tenderin nəticələrinə əsasən Lot-10. İnformasiya təhlükəsizliyi sistemlərinin (GFI və Radware) lisenziyalarının 1 il müddətinə uzadılması xidmətinin satın alınması üzrə qalib “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti olmuşdur.
Banker.az xəbər verir ki, qalib şirkətlə 2019-cu il aprelin 10-da müvafiq satınalma müqaviləsi imzalanmışdır.