2023-cü ilin fevral ayında Dövlət Neft Fondunun yerli banklara nağd ABŞ dolları satışı yanvar ayı ilə müqayisədə 89% artıb, lakin illik müqayisədə bu xeyli aşağıdır.
Banker.az xəbər verir ki, Mərkəzi Bankda keçirilən 8 valyuta hərracında cəmi 356.5 milyon ABŞ dolları satılıb.
2023-cü ilin yanvarında bu rəqəm 188.6 mln. dollar idi.
Beləliklə, 2023-cü ilin ilk iki ayında 545.1 mln. dollar satılıb. Ötən ilin eyni müddəti ilə müqayisədə 553.1 mln. dollar, yaxud 50.4% azdır.
İl | İlk iki ayda valyuta satışı, |
2020 | 843.6 mln. |
2021 | 1084.9 mln. |
2022 | 1098.2 mln. |
2023 | 545.1 mln. |