28 C
Baku
Thursday, May 29, 2025

Dövlət Neft Fondu ilin ilk rübündəki hərraclarda $2.42 mlrd. valyuta satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin ilk rübündəki valyuta hərraclarında yerli banklara satdığı valyutanın həcmini açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.

Banker.az xəbər verir ki, suveren fond tərəfindən 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 2 milyard 420.6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Ötən ilin eyni dövründə yerli banklara 1 mlrd. 835.8 mln. dollar satdığını nəzərə alsaq, bu illik müqayisədə 584.8 mln.  dollar və ya 31.9% artım deməkdir.

 

Son xəbərlər
Digər xəbərlər