Azərbaycan Respublikası Dövlət Neft Fondu – ARDNF 2022-ci ilin ilk yarısında banklara satdığı ABŞ dollarının həcmini açıqlayıb.
Banker.az-ın hesablamalarına görə, ARDNF Mərkəzi Bankda keçirlən 40 valyuta hərracında cəmi 2 milyard 739.5 milyon ABŞ dolları satıb.
Bu da illik müqayisədə 29.62 milyon dollar, yaxud 1.1% azalmadır.
Qeyd edək ki, iyun ayında yarım ilin ən çox – 9 valyuta hərracı keçirilməsinə rəğmən cəmi 278.3 mln. dollar satıb. Bu da son illərin ən zəif göstəricidir.