Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin noyabr ayı ərzində 574.6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Banker.az xəbər verir ki, bu da son ayda 229 faiz artım deməkdir.
Oktyabrdakı hərraclarda ARDNF 174.4 mln. dollar valyuta satılmışdı.
ARDNF cari ilin ilk 11 ayın da ümumilikdə 6 milyard 494 milyon dollar.
Keçən ayda Mərkəzi Bank tərəfindən açıqlanan məlumatlara görə, hərraclarda 487.1 mln. dollar satıldığı açıqlanıb.
Azərbaycan Mərkəzi Bankı isə valyuta bazarındakı tələbi dəstəkləmək üçün uçot faiz dərəcəsinə dair iclasda 424 mln. dollar məbləğində “xüsusi satış” həyata keçirdiyini bildirmişdi. Baş bankir bunun intervensiya kimi deyil, xarici valyutada dövlət xərclərinin icrasına dəstək məqsədilə edildiyini vurğulamışdı.