29 C
Baku
Friday, July 18, 2025

Dövlət Neft Fondu son üç ayda 19 tonluq qızıl alıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2025-c ildə daha 18.7 tonluq qızıl alıb.

Banker.az xəbər verir ki, bununla da suveren fondun qızıl ehtiyatlarının həcmi 165.3 tona yüksəlib. Bu ilin əvvəli 146.6 ton idi.

2024-cü ilin əvvəlində isə ARDNF-nin qızıl ehtiyatlarının həcmi 101.8 ton idi. Beləliklə, qızılın bahalaşması rallisində fondun bu portfelində qızılın həcmi 63.5 tonluq artım olub.

Qeyd edək ki, ARDNF-in ABŞ dollarında olan ehtiyatlarının ($41.27 mlrd.) 25.8 faizi və ya 16 mlrd. 134.4 milyard dolları qızılın payına düşür.

2024-cü ildən etibarən qızıl qiymətlərində müşahidə olunan artım tendensiyası 2025-ci ilin ilk rübündə də davam etmişdir. Belə ki, geosiyasi gərginliklər fonunda qızıl qiymətləri cari ildə yenidən tarixi rekord səviyyələrinə çatmışdır. Bu əsasda hesabat dövrü ərzində ARDNF – nin qızıl alt portfelində əhəmiyyətli büdcədənkənar gəlir formalaşmışdır.

Son xəbərlər
Digər xəbərlər