3 C
Baku
Saturday, December 14, 2024

Dövlət Neft Fonduna daşınmaz əmlak və səhm portfelləri ilə bağlı təkliflər verilib

Özəl səhm investisiyalarının xüsusiyyətləri (likvidlik, uzun müddətli saxlanılma) səhmlərdən fərqli olduğuna görə Dövlət Neft Fondunun (ARDNF) ümumi səhmlər portfelindən özəl səhmlər alt portfelinin öz müvafiq bençmarkı qeyd olunmaqla ayrılaraq fərqli alt portfeldə verilməsi məsələsinə baxılmalıdır.

Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2023-cü il büdcəsinin icrasına verdiyi Rəydə bildirilir.

Bundan başqa, Palata hesab edir ki, Fondun səhmlər alt portfelinə daxil olan özəl səhm investisiyalarının xüsusiyyətləri, habelə bu maliyyə aktivinin qeyri-likvid xarekteri səbəbində altportfelin qurulması ilə bağlı vaxt və Fondun bu yatırımlarla bağlı hədəflərini özündə tam olaraq əks etdirən ən məqbul bençmarkın seçilməsi istiqamətində görülən işlər də nəzərə alınaraq yekun müəyyən olunan bençmarkın təsdiqlənməsi və bunun müvafiq qaydada öz əksini tapması zəruridir.

Daşınmaz əmlak alt portfeli üzrə hədəflənən alt portfelin qurulması ilə bağlı tələb olunan vaxt və məqbul bençmarkların seçilməsi və təsdiqi istiqamətində görülən işlər də nəzərə alınmaqla altportfel üçün yekun bençmarkın təsdiqi və Fondun fəaliyyətini tənzimləyən müvafiq normativ hüquqi aktlarda öz əksini tapması məsələsinə baxılmalıdır.

Bundan başqa, Palata hesab edir ki, qlobal daşınmaz əmlak bazarlarında qeyri-müəyyənliklərə və dəyişən tendensiyalara uyğunlaşmaq məqsədilə uzunmüddətli inkişaf potensialı olan sektorların araşdırılması vacibdir.

Son xəbərlər
Digər xəbərlər