7 C
Baku
Thursday, December 12, 2024

Dövlət Neft Fondunun AÇG-dən gəlirləri 38% azalıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlərləri açıqlanıb.

Banker.az-ın Fonddan aldığı məlumata görə, AÇG yatağından yanvarda 387.64 mln. ABŞ dolları gəlir əldə edib. Bu 2023-cü ilin analoji ayı üzrə müqayisədə 38% azdır. Belə ki, həmin müddətdə AÇG-dən fond 625.07 mln. gəlir əldə etmişdi.

Qeyd edək ki, bu yataqdan neft hasilatı da azalıb. Məsələn, operator BP-nin 2023-cü ilin 3-cü rübü üzrə açıqlamalarına əsasən illik müqayisədə 12% azalıb.

Şahdəniz yatağından (qaz və kondensat) 45.39 mln. dollar olub. O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 15.75 mln. dollar olub.

Son xəbərlər
Digər xəbərlər