Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin oktyabr ayı ərzində 174.4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Banker.az xəbər verir ki, bu barədə Fonddan bildirilir.
Qeyd edək ki, bu öncəki aydan xeyli aşağıdır. Belə ki, 2024-cü ilin sentyabr ayı ərzində 732,3 milyon dollarlıq valyuta satmışdı.