7 C
Baku
Thursday, December 12, 2024

Dövlət Neft Fondunun neft-qaz yataqlarından gəliri kəskin azalıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilin ilk yanvar-aprel üzrə neft-qaz yataqlarından daxil olan vəsaitlərin həcmini açıqlayıb.

Banker.az bildirir ki, ARDNF-in Azəri-Çıraq Günəşli (AÇG) yatağından gəlirlər 1 milyard 983 mln. ABŞ dolları təşkil edib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 112 mln. ABŞ dolları olub.

Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan gəlirlərin isə 59 mln. ABŞ dollar idi.

2019-cu ilin eyni dövrünün nəticələri tapılmasa da, ondan bir ay öncə, yəni, yanvar-mart ayı üzrə gəlirləri üzrə nəticələrlə müqayisədə belə böyük fərqlə az olması deməkdir.

Məslənən, 2019-cu ilin ilk 3 ayında AÇG yatağından 2 milyard 243 mln. ABŞ dolları,o cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 91 mln. ABŞ dolları və Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər 2 milyard 506 mln. ABŞ dolları həcmində gəliri olmuşdu.

Son xəbərlər
Digər xəbərlər