Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri 11 mlrd. dollara yaxınlaşıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) inkişaf etmiş ölkələrdə kotirovka olunan səhmlər üzrə portfelinin cari dəyəri bu ilin ilk yarısında 18 milyard ABŞ dollarına çatıb.

Banker.az xəbər verir ki, bu barədə Fonddan bildirilib. Məlumata görə, 2025-ci ilin sonunda portfelin cari dəyəri 16,5 milyard dollar olub. Beləliklə, 2026-cı ilin ilk yarısında portfelin cari dəyəri 1,5 milyard dollar və ya 9,1% artıb.

30 iyun 2026-cı il tarixinə ARDNF-nin bu istiqamətdə investisiya etdiyi vəsait 7,1 milyard dollar təşkil edib. Portfelin yarandığı tarixdən əldə olunan gəlir isə 10,9 milyard dollara çatıb və gəlirlilik 370% olub.

Müqayisə üçün, 2025-ci ilin sonunda əldə olunan gəlir 9,4 milyard dollar, gəlirlilik isə 330% təşkil edirdi. Bu baxımdan, ilin ilk yarısında yığılmış gəlir 1,5 milyard dollar və ya təxminən 16% artıb.

Qeyd edək ki, ARDNF səhm investisiyalarında əsasən passiv idarəetmə strategiyasından istifadə edir və “MSCI World” indeksini izləyir. İndeks 23 inkişaf etmiş ölkənin 11 sektoru üzrə 1 283 şirkətin səhmlərini əhatə edir.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər