13 C
Baku
Saturday, November 23, 2024

Dövlət Neft Fondunun valyuta ehtiyatları $56 milyardı keçdi

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) aktivləri 2023-cü ildə 7 milyard ABŞ dolları və ya 14.3% artıb.

Bu barədə Banker.az-a ARDNF-dən məlumat daxil olub.

Fondun ehtiyatları ilin əvvəlində 49 mlrd. 33.6 milyon ABŞ dolları olduğu halda ilin sonuna artaraq 56 mlrd. 69.7 mln. dolları təşkil edib.

Beləliklə, Azərbaycan Mərkəzi Bankı ilə birlikdə ölkənin strateji valyuta ehtiyatları 1 yanvar 2023-cü il tarixinə 67 mlrd. 682.7 mln. dollar təşkil edib.

Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 11 mlrd. 613 mln. dollar olub.

Son xəbərlər
Digər xəbərlər