6 C
Baku
Sunday, December 15, 2024

Dövlət orqanlarında çalışan xadimə, bağban və gözətçilərin maaşı artırılıb

Nazirlər Kabinetinin “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edilib.

Banker.az  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

2022-ci il 14 yanvar tarixli 13 nömrəli yeni Qərara əsasən, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:

Sıra

№-si

Aylıq vəzifə maaşının məbləği

(manatla)

1. Ali kateqoriya dövlət orqanlarında 370
2. 1-ci kateqoriya dövlət orqanlarında 355
3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 335
4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 315

 

Bu zamana qədər isə dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları aşağıdakı məbləğdə müəyyən edilmişdi:

Sıra

№-si

Aylıq vəzifə maaşının məbləği

(manatla)

1. Ali kateqoriya dövlət orqanlarında 310
2. 1-ci kateqoriya dövlət orqanlarında 295
3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 280
4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 260
Son xəbərlər
Digər xəbərlər