-1 C
Baku
Sunday, December 15, 2024

Dövlət Ortamüddətli İstiqrazları hərraca çıxarılır

14 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət istiqrazının növü – Kuponlu, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu – AZ0108037885
Emissiya həcmi – 20 000 000 manat
Nominal dəyəri – 100 manat
İstiqrazların tədavül müddəti – 1820 gün
Faiz ödənişləri (olduqda)
14 iyun 2022-ci il, 13 dekabr 2022-ci il
13 iyun 2023-cü il, 12 dekabr 2023-cü il

11 iyun 2024- cü il, 10 dekabr 2024-cü il
10 iyun 2025-ci il, 09 dekabr 2025-ci il
09 iyun 2026-cı il, 08 dekabr 2026-cı il
Faiz gəliri – 6.0 %
Ödəmə tarixi – 08.12.2026
Anderrayter -“PAŞA Kapital İŞ” QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər