İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sıra dövlətə məxsus olan səhmdar cəmiyyətlərin adlarını açıqlayıb. Bu səhmdar cəmiyyətlərin 2021-ci il yanvar ayının 19-da keçiriləcək pul hərracında satışa çıxarılacaq.
Siyahıda Abşeron rayonu, Mikayıl Müşfiq qəsəbəsi ərazisində olan “Bakı Broyler-1” Açıq Tipli Səhmdar Cəmiyyəti də var.
1998-ci ilin aprelində yaradılan “Bakı Broyler-1”in səhmlərinin sayı 2 179 509 ədəd təşkil edir ki, onun da ümumi nominal dəyəri (hər birinin qiyməti 2 manat) 4 359019.40 manat təşkil edir.
Banker.az-a verilən məlumata görə, bu broylerin səhmlərinin (653 984) yalnız 30%-i investisiya təşviqinə çıxarılıb. Bu da 1 307 968 manat təşkil edir. Dövlət xidməti bildirib ki, ilkin hərraca çıxaxarılacaq hərracın həcmi 653 984 manat olacaq.
1997-ci ildən fəaliyyət göstərən Gəncə şəhəri, Qırmızıkənd qəsəbəsindəki “Gəncə Quşçuluq” ATSC-ni də özəlləşdirməyə çıxarır. ASC-nin nizamnamə kapitalı 1 223 095.4 manat nizam manatdır.
Salyanda fəaliyyət göstərən “Salyan broyler” ATSC də hərraca çıxarılıb. Bu cəmiyyətin nizamnamə kapitalı: 1 120 118 manatdır.