22 C
Baku
Saturday, June 1, 2024

Dövlət peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları müəyyənləşəcək

Dövlət peşə təhsili müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu və yerdəyişməsi qaydaları müəyyənləşəcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə fərmanda əksini tapıb.

Fərmana əsasən, Elm və Təhsil Nazirliyi dövlət peşə təhsili müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu və yerdəyişməsi qaydalarını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər