6 C
Baku
Sunday, December 15, 2024

Dövlət QM İstiqraz Vərəqinin Qiyməti və Gəlirliliyi Necə Hesablanır

Müəllif:Dr. Fariz Hüseynov , Şimali Dakota Dövlət Universitenin maliyyə müəllimi

Əgər maliyyə ilə maraqlanırsızsa, yəqin, gündəlik qəzetlərdə belə bir xəbərin şahidi olmusunuz:

90 günlük dövlət qısa müddətli istiqraz vərəqinin bu günkü alış qiyməti 4,91%, satış qiyməti 4,90% (5,03% gəlirlilik) olmuşdur. Görəsən, bu qiymətli kağız üçün alqı-satqı qiymətləri və gəlirlilik necə hesablanır? Yazıda bunu izah etməyə çalışacağıq.

Oxuyucuların istiqraz vərəqəsi (bond) ilə bağlı baza biliyinə sahib olduqları nəzərə alınmışdır. Fərz edək ki, istiqraz vərəqinin nominal dəyəri 1000 AZN-dir. Bildiyiniz kimi, alış-satış kotirovkaları dilerin aspektindən verilir. Yəni, alış qiyməti dilerin sizdən bu qiymətli kağızı alacağı, satış qiyməti isə onu satacağı qiymətdir. Normal şəraitdə dilerin alış qiyməti satış qiymətindən az olur ki, aradakı fərq (spred) dilerin gəliridir. Ancaq istiqraz vərəqlərində qiymət faizlə göstərilir. Məsələn, yuxarıdakı nümunədə 4,91 %-dən alış qiyməti belə hesablanır: 1,000 AZN * [1 – 0,0491*(90/360)] = 987,725 AZN. Burada nominal olaraq, bir il 360 gündən hesablanır. Deməli 4,91% illik olduğu üçün, onu 3 aylıq perioda çevirmək lazımdır. Buna uyğun olaraq, qiymət nominal dəyər üzərindən hesablanır. Eynilə, satış qiymətini belə hesablamaq olar: 1,000 AZN * [1 – 0,0490*(90/360)] = 987,750 AZN. Gördüyünüz kimi, dilerin satış qiyməti alış qiymətindən 0,025 AZN çoxdur.

Bəs gəlirlilik necə hesablanır? Gəlirlilik bir investisiyadan əldə olunan illik gəliri göstərir. Yuxarıdakı hesablama metodu bank diskount metodu adlanır. Bu metoddan ənənəvi olaraq istifadə olunsa da, problemsiz deyil. Kompyuterlerdən əvvəlki dövrdə asan olsun deyə bir il 360 gündən hesablanıb. Eyni zamanda gəlirlilik nominal dəyər üzərindən deyil, investorun ödədiyi qiymət üzərindən hesablanmalıdır. Deməli, gəlirlilik belə hesablanmalıdır.

Gəlirlilik = (Nominal dəyər/İnvestorun ödədiyi qiymət-1)*(365/90). Vurulan investorun ödədiyi 1 manata 90 gün sonra neçə manat nominal dəyər əldə edəcəyini göstərir, vuran isə bunu 1 illik (365 gün) perioda yayır. İnvestor istiqraz vərəqini dilerdən aldığı üçün satış qiyməti əsas götürülməlidir. Yuxarıdakı nümunəyə qayıtsaq, gəlirlilik belə hesablanacaq:
[(1,000/987,75)-1] * (365/90) = 5,03%.
Beləliklə, yuxarıdakı istiqraz vərəqini alan investorun illik gəlirliliyi 5,03%-dir.

Son xəbərlər
Digər xəbərlər