10 C
Baku
Wednesday, December 11, 2024

Dövlət qulluğu üzrə 694 vakant vəzifə müsahibəyə çıxarıldı – iş var!

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 25 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (89 vəzifə) və B (605 vəzifə) növünə aid 694 vakant inzibati vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

DİM-dən Banker.az-a bildirilib ki, müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti martın 7-dək davam edəcək. Vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilərlər. Müsahibədə iştirak üçün namizədlər martın 7-si saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidirlər.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab olunur. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq mümkündür.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilərlər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

-struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

-vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (521 vəzifə) tərəfindən təqdim olunub.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib:

Qida Təhlükəsizliyi Agentliyi (521 vəzifə) – AC1 altqrupu üzrə 2, AC3 altqrupu üzrə 14, AC4 altqrupu üzrə 62, BB3 altqrupu üzrə 192, BB4 altqrupu üzrə 251;

Gənclər və İdman Nazirliyi (34 vəzifə) –AC3 altqrupu üzrə 4, BB3 altqrupu üzrə 7, BB4 altqrupu üzrə 23;

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (16 vəzifə) –AB3 altqrupu üzrə 1, AC1 altqrupu üzrə 3, AC3 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 2, BB1 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 3, BB4 altqrupu üzrə 4;

Maliyyə Nazirliyi (2 vəzifə) – BB2 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 1 vəzifə;

Ali Attestasiya Komissiyası (2 vəzifə) – AB2 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 1 vəzifə;

Bakı şəhəri Səbail Rayon Məhkəməsində (8 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 7 vəzifə;

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində (12 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 11 vəzifə;

Şəki Ağır Cinayətlər Məhkəməsində (6 vəzifə) – BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 5 vəzifə;

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində BB4 altqrupu üzrə 6 vəzifə;

Fizuli Hərbi Məhkəməsində BB2 altqrupu üzrə 3 vəzifə;

Milli Televiziya və Radio Şurasında AA3 altqrupu üzrə 1 vəzifə;

Hesablama Palatasında BA2 altqrupu üzrə 1 vəzifə;

Şəki Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 20 vəzifə;

Gəncə Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 7 vəzifə;

Gəncə İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 4 vəzifə;

Gəncə şəhəri Nizami Rayon Məhkəməsində BB4 altqrupu üzrə 7 vəzifə;

Lənkəran Rayon Məhkəməsində BB4 altqrupu üzrə 10 vəzifə;

Sabirabad Rayon Məhkəməsində BB4 altqrupu üzrə 3 vəzifə;

Şəki İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 5 vəzifə;

Şirvan İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 4 vəzifə;

Şirvan Şəhər Məhkəməsində BB4 altqrupu üzrə 5 vəzifə;

Tovuz Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə;

Beyləqan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 3 vəzifə;

Bakı Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 12 vəzifə;

Salyan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə.

Ümumilikdə, müsahibəyə çıxarılmış 694 vakant vəzifənin 1- i 3-cü təsnifata, 2-si 4-cü təsnifata, 49- u 5-ci təsnifata, 43- ü 6-cı təsnifata, 599-u isə 7-ci təsnifata aid olmaqla,1-i AA, 2-si AB, 86-sı AC, 24-ü BA, 561-i isə BB vəzifə qrupuna aiddir.

Son xəbərlər
Digər xəbərlər