İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin siyahısı genişləndirilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssis vəzifəsi də bu siyahıya əlavə edilib.