20 C
Baku
Thursday, May 2, 2024

Dövlət qulluğuna qəbulun test imtahanı proqramına dəyişiklik edilib

Dövlət qulluğuna qəbul, eləcə də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanının məntiqi təfəkkürün yoxlanılması üzrə proqramına müəyyən dəyişiklik edilib.

Bu barədə DİM-dən xəbər verilib.

Belə ki, dövlət qulluğunun vəzifə qrupları üçün məntiqi təfəkkür üzrə imtahan proqramlarındakı fərq aradan qaldırılmaqla AB, AC, BA və BB vəzifə qrupları üzrə imtahan proqramı eyniləşdirilib.

Proqramla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://exidmet.dim.gov.az/dqq/docs/program/mentiq_proqram.pdf

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər