7 C
Baku
Thursday, December 12, 2024

Dövlət qulluğunda inzibati vəzifələrin 1-ci təsnifatı genişləndirilib

İnzibati vəzifələrin 1-ci təsnifatı genişləndirilib.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyinə daxil edilən “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Eyni zamanda layihəyə əsasən, Baş nazirin, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin sədrlərinin müşavirləri və köməkçiləri vəzifələri də inzibati vəzifələrin 1-ci təsnifatına daxil ediləcək.

Həmçinin qanuna təklif edilən digər dəyişikliklə Prezident Administrasiyası rəhbərinin köməkçisi isə inzibati vəzifələrin 2-ci təsnifatına daxil edilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin müşaviri, köməkçisi, Milli Məclis sədrinin müavini və Baş nazirin müavininin köməkçiləri vəzifələri də inzibati vəzifələrin 2-ci təsnifatında yer alacaq.

Son xəbərlər
Digər xəbərlər