11 C
Baku
Monday, November 25, 2024

Dövlət qurumları ilə əlaqələr üzrə koordinator – NORM MMC

Dövlət qurumları ilə əlaqələr üzrə koordinator       

NORM MMC Qızıldaş Sement Zavodunun inşasına başlamışdır. Zavod Bakının iqtisadi cəhətdən strateji əhəmiyyətli  zonalarından olan Qaradağ ərazisində yerləşəcəkdir.
Zavodun istehsal həcminin gündə 5000 ton klinker və ildə 2,000,000 ton sement olması ona Şimali Qafqaz və Xəzər Regionunda əhəmiyyətli yer tutmasına şərait yaradır

Tələblər

– Hüquq sahəsində ali təhsil
– 2-3 il hüquqşünas kimi iş təcrübəsi
– MS Word, Excel üzrə biliklər
– Azərbaycan dili (sərbəst) yazışma və danışıqların aparılması

Tələb Olunan Kompetensiyalar

– Əməyin mühafizəsi və təhlükəsizliyi
– qaydalarından xəbərdar olma
– Davamlı təkmilləşmə
– Müştəri yönümlülük
– Keyfiyyətə əhəmiyyətvermə
– Mükəmməl komunikasiya qabiliyyəti, sənədlərə dürüst və ciddi yanaşma

Vəzifə və Öhdəliklər:

– Dövlət qurumları və təşkilatları ilə əlaqələrin qurulması, təkmilləşdirilməsi;
– Normativ hüquq aktlarında edilmiş dəyişiklikləri və yenilikləri izləmək, təhlil etmək və həmin dəyişikliklər və yeniliklər barəsində şirkətin aidiyyəti bölümlərini məlumat vermək;
– Normativ hüquq aktlarının tətbiqi barədə şirkətin müraciət edən bölümlərə məsləhət (konsultasiya) vermək və həmin bölümlərin suallarını cavablandırmaq;
– Dövlət qurumlarından lazım olan icazələrin, sertifikatların, sərəncamların və raylərin alınması və bunun üçün müvafiq sənədlərin, müraciətlərin hazırlanması və dövlət qurumlarına təqdim edilməsi;
– Dövlət qurumları tərəfindən Şirkətdə aparılan yoxlamalarda iştirak edərək müvafiq struktur bölmələrinə hüquqi yardımın göstərilməsini təmin etmək;
– Müxtəlif razılaşmaların/sazişlərin/müqavilələri, həmin sənədlərə dəyişikliklərin, əlavələrin, əlavə razılaşmaların və digər əqdlərin tərtib edilməsi, hüquqi məsələlərə toxunan danışıqlarda iştirak etməsi;
– İşəgötürənin bütün kontragentlərlə, ictimai və dövlət qurumları və təşkilatları ilə olan münasibətlərdə İşəgötürəni təmsil etmək, onun hüquq və maraqlarını qorumaq və müdafiə etmək (müvafiq sənədləri tərtib etməsi və görüşlərdə və danışıqlarda iştirak etməsi daxildir);
– İşəgötürən tərəfindən verilən müxtəlif daxili və ya xarici sənədlərin qüvvədə olan qanunvericiliyə uyğun olub olmamasını yoxlamaq, hüquqi riskləri aşkar etmək və bu barədə öz tövsiyə və rəylərini vermək;
– İşəgötürəni Məhkəmə orqanlarında təmsil etmək, orada İşəgötürənin hüquq və maraqlarını müdafiə etmək bununla bağlı bütün zəruri hərəkətləri İşəgötürənin adından həyata keçirmək;

Son Müraciət Tarixi:  07/10/2016
Müraciətlər Ünvanlanmalıdır:
Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərməlidirlər

Son xəbərlər
Digər xəbərlər