2 C
Baku
Sunday, December 15, 2024

Dövlət qurumlarının informasiya sızmasının qarşısını alacaq proqram təminatı istifadəyə verilib

Dövlət qurumlarında informasiya təhlükəsizliyinin gücləndirilməsi və informasiya sızmasına səbəb ola bilən yerli və xarici disk daşıyıcılarından asılılığı aradan qaldırmaq üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) yeni “share.gov.az” platformasını istifadəyə verib.

Platforma “wetransfer”, “dropbox”, “boxca” və bu kimi platformalara etibarlı alternativdir. Platforma istifadəçilərə, həm qarşı tərəflə paylaşılacaq faylların müvəqqəti saxlanc sistemində 5 dəqiqədən 15 gün intervalınadək saxlama, həm də istifadəçi şifrəsi ilə simmetrik şifrələmə imkanını verir. Bu da təhlükəsizliyin təmin olunması və məlumatların kənar müdaxilələrdən qorunması baxımından çox əhəmiyyətlidir.

Yalnız “AzStateNet” şəbəkəsinə qoşulmuş dövlət qurumları sözügedən platformaya fayl yükləmə imkanına malikdir. İstənilən şəbəkə istifadəçisi əldə etdiyi keçid (link) vasitəsilə (şifrələndiyi halda, şifrə vasitəsilə) yüklənmiş faylları endirə bilər. Platformadan istifadə zamanı istifadəçilərin maarifləndirilməsi məqsədilə interfeysə avtomatik yenilənən informasiya təhlükəsizliyi tövsiyələri – “Kibertövsiyə” bölməsi əlavə olunub.

“Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının əməkdaşlarına informasiya sızmasına səbəb ola biləcək kənar xidmətlərdən istifadə etməməyi və məlumat bölüşməsi üçün yalnız “share.gov.az” platformasını tətbiq etməyi tövsiyə edir”, – deyə məlumatda bildirilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər