10 C
Baku
Wednesday, December 11, 2024

Dövlət Reklam Agentliyinin gəlirləri artsa da xalis mənfəəti 32% azalıb

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi 2019-cu il ərzində 1.15 mln. manat həcmində xalis mənfəət əldə edib.

Banker.az bu barədə ADRA-nnın hesabatı – 2019-cu il üzrə “Argentum Audit”in rəyinə istinadən xəbər verir.

Rəydə bildirilir ki, ADRA 2019-cu il ərzində reklam yayım haqlarından gəliri 6.82 mln. manat, digər gəlirləri 0.41 mln. manat olub ki, bu da cəmi olaraq 7.23 mln. manat gəlir əldə edib. Gəlirləri öncəki illə müqayisədə 23 faiz artıb.

Lakin, gəlirlər artdığı kimi xərclər də artıb, özü də daha çox.

ADRA-nın insan resursları üzrə xərci 4.33 mln. manat (2018: 2.36 mln.), icarə xərcləri 0.41 mln. manat ( 2018: 0.22 mln.), əsas vəsaitləri və qeyri-maddi aktivlərin amortizasiya xərcləri 0.41 mln. manat (2018: 0.17 mln.), ezamiyyə xərcləri 0.20 mln. manat (2018: 0.12 mln.), istifadə edilmiş mal-matrial ehtiyatları 0.16 mln. manat (2018: 0.12 mln.), təmir və saxlama xərcləri 0.1 mln. manat (2018: 0.35 mln.) manat olmuşdur. Bununla da Dövlət agentliyinin xərclərinin cəmi 6.09 mln. manat olmuşdur, bu da, öncəki illə müqayisədə 66 faiz artım deməkdir.

Xərclərinin artması ADRA-nın xalis mənfəətini 32% azaltmışdır.

1 yanvar 2020-ci il tarixinə olan nəticəyə görə, dövlət agentliyinin aktivlərinin həcmi 4.93 mln. manat, öhdəlikərinin həcmi isə 0.02 mln manat təşkil edir.78676

Son xəbərlər
Digər xəbərlər