13 C
Baku
Wednesday, May 8, 2024

Dövlət şirkəti “Azərkontrakt” təbii qaz satışından ₼1.4 milyardlıq gəlir, ₼83.5 milyonluq xalis mənfəət əldə etdi

Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC 2022-ci ildə 148.1 milyon manat həcmində xalis mənfəət əldə edib və bu 2021-ci ildə 83.5 milyon olduğunu nəzərə alsaq, illik xalis mənfəəti 77%-dən yuxarı artmış olub.

Banker.az xəbər verir ki, bu barədə dövlət şirkətinin illik audit hesabatında qeyd edilir. Audit hesabatını “BakerTilly” aparıb.

Hesabatda qeyd edilir ki, təbii qazın satışından şirkətin gəlirləri illik müqayisədə 40%-ə yaxın artımla 1 mlrd. 674.71 milyon manat təşkil edib.

Qazın satışının maya dəyəri isə “Azərkontrakt”a illik 37% artımla 1 mlrd. 408.61 mln. manata başa gəlib.

Şirkətin digər gəlir və xərcləri barədə aşağıdakı şəkildə onun hesabatından “screenshot” olaraq əks etdirilir.

Dövlət şirkəti 2022-ci ilin sonuna 231.61 mln. manat həcmində bölüşdürülməmiş mənfəətə sahibdir və həmin ilin əvvəli bu rəqəm 83.5 mln. manat idi.

“Azərkontrakt” ASC 1997-ci ildə Azərbaycan Prezidenti tərəfindən təsis edilib, səhmlərinin 100%-i dövlətindir.

Dövlət şirkətinin 2021-ci ildən fəaliyyət istiqamətləri genişləndirilib. Azərbaycanda qazın topdan satış olaraq “Azerneft” İB, “Azerbaijan Gas Supply” limited, “Umid Babek Əməliyyat Şirkəti, “Bahar Opereting Company”dən, “Gobustan Opereting Company”dən alaraq, təbii qazı pərakəndə ticarət edən “Azəriqaz” İB-nə, “Azerenerji” ASC-yə və Naxçıvan M.R. Qaz Təchizatı İdarəsinə satır.

23232223232323 23423432423

 

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər