6 C
Baku
Monday, December 16, 2024

Dövlət tenderlərinin qaydalarıında ciddi dəyişiklər

Azərbaycanda Vergi Məcəlləsinin aktiv müzakirə edildiyi və bütün iş adamlarının diqqətinin vergi məsələlərinə yönəldiyi bir vaxtda, ölkə biznesi üçün mühüm əhəmiyyət daşıyın digər yenilik diqqətdən kənarda qalıb.

Banker.az xəbər verir ki, söhbət dövlət satınalmalarında, daha dəqiqi «Dövlət satınalmaları haqqında» qanuna edilən dəyişikliklərdən gedir.

Prezident İlham Əliyevin 28 dekabr tarixli fərmanı ilə təsdiqlənən və yanvarın 1-dən qüvvəyə minən dəyişikliklər dövlət satınalmalarında indiyədək mövcud olan bəzi qaydaların tamamilə dəyişməsinə, burada yeni tələb və öhdəliklərin yaranmasına səbəb olub.

Əsas dəyişikliklər sırasına elektron tenderlərin keçirilməsi, satınalmaların məbləğindən asılı olaraq malgöndərənlərə (podratçılara) tətbiq ediləcək yeni tələblər, eləcə də, təkliflərin qiymətləndirilməsi ilə bağlı yeni qaydalar aiddir.

Bundan başqa, qanuna dəyişikliklərdə satınalmanın elanı və satınalma prosesinin daha da şəffaflşması və çevikləşməsi üçün yenliklər var. Ümumilikdə qanuna edilən dəyişikliklər həm satınalan təşkilatlar, həm də iş adamları üçün daha sərt tələblər gətirir.

Tender təklifləri internetlə göndəriləcək

Satınalmalara edilən ən maraqlı yeniliklərdən biri tender təkliflərinin elektron formada qəbuludur. Dəyişikliyə əsasən tender iddiaçıları təkliflərini indi olduğu kimi, kağız daşıyıcılarla yanaşı, elektron formada da təklif edəcəklər. Bunun üçün müvafiq sistem, o cümlədən “dövlət satınalmalarının vahid internet portalı yaradılacaq. Bu portalda satınalma prosedurları haqqında dəvətlər və həmin prosedurların nəticələri dərc ediləcək. Yeri gəlmişkən, qanunla dövlət qurumlarına tapşırılır ki, elektron sistemin işləməsi və ondan istifadə ilə bağlı sahibkarlara tələb olunan məsələhətləri versinlər və köməklik göstərsinlər.

 

Elektron tenderlər və elektron satınalma

Ən maraqlı yenilikdərdən biri elektron satınalma, daha dəqiq elektron tenderlərin işə düşməsi olacaq.  Qanuna əsasən, elektron satınalma prosesi zamanı qalib təklif və ya qalib şirkət elektron formada seçiləcək. Burada malgöndərənlərin (podratçıların) təqdim etdikləri təkliflər avtomatik qiymətləndiriləcək.

Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi barədə elan tender təkliflərinin qiymətləndiriləcəyi gündən azı 20 bank günü əvvəl internetdə dərc edilməlidir.

Elektron satınalma vasitəsilə tenderin qalibi ilə müqavilə elektron qaydada bağlanılır. Tenderin qalibi 5 gün ərzində müqavilə bağlamasa, bu həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.

 

Tenderlər bir il əvvəldən məlum olacaq

Qanuna edilən yeniliklərdən biri odur ki, bundan sonra satınalan təşkilat növbəti il edəcəyi satınalmalarla bağlı planlarını artıq bu ilin oktyabrın 15-dən gec olmayaraq açıqlamalı və dövlət satınalmalarının vahid internet portalında yerləşdirməlidir. İlkin satınalma planı növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edilənədək qüvvədə qalır. Bu planda qarşıdakı il ərzində satın alınacaq malların (işlərin və xidmətlərin) tərkibi, həcmi, miqdarı və ölçüsü barədə məlumat, satınalmanın ardıcıllığını və təqvim ili üzrə bölgüsü göstəriməlidir.

Büdcə təsdiq ediləndən sonrakı 10 bank günü ərzində satınalan təşkilat ilkin satınalma planını bir də dəqiqləşdirir və yeni variantı satınalma portalında yerləşdirir. Qanuna görə, bu plana dəyişiklik edilə bilər amma ayda bir dəfədən çox olmamaq şərtilə, üstəlik dəyişiklik haqqında məlumat ən geci 5 ün ərzində portala yerləşdirilməlidir. Bu qayda müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün keçirilən satınalmalara şamil edilmir.

Bununla yanaşı, qanunda xüsusi vurğulanır ki, satınalma planının elan edilməsi təkliflərin cəlb edilməsi mənası daşımır, satınalan təşkilatın üzərinə təklifləri cəlb etmək öhdəliyini qoymur, malgöndərənlərə (podratçılara) bununla əlaqədar hər hansı hüquq vermir.

Baha qiymət təklif edən tenderdən çıxarılacaq

Ən maraqlı yenilik isə tender təkliflərinin qiymətəndirilməsinə aiddir. Qanunun 27-ci maddəsinə edilən dəyişikliyə görə, satınalan təşkilat satınalmadan əvvəl satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini hesablayır və təsdiq edir. Ehtimal olunan qiymət təsdiq olunmadan satınalma prosesi başlana bilməz. Ehtimal olunan qiyməti hesablamaq üçün peşəkar qiymətləndiricilər də cəlb edilə bilər.

Ehtimal olunan qiymət zərflərinin açıldığı günədək məxfi saxlanmalıdır. Hər hansı təklifin qiyməti ehtimal olunan qiymətdən yüksək olsa həmin təklif  satınalma prosedurundan kənarlaşacaq.

Çox ucuz təkliflər də qəbul edilməyəcək

Hansısa sahibkar özünü sığortalamaq üçün tenderə ən aşağı qiymət təklif edirsə, onun da problemi yaranacaq. Qaanuna dəyişikliyə görə, aşağı qiymət üçün də  hədd qoyulub. Hər hansı təklif ehtimal olunan qiymətdən 20 faiz və daha artıq aşağı olsa, o təklif də rədd edilə bilər. Satınalan təşkilatın təklifini kənarlaşdırmaq qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən də təsdiq edilməlidir. Bu barədə bütün yazışmalar qeydə alınır və tenderdən kənarlaşdırılan malgöndərənə məlumat verilir.

Azı 20% kiçik sahibkarlara çatmalıdır

Qaquna əlavə edilən yeni maddəyə əsasən, kiçik sahibkarlara tenderlərdə daha yaxşı şərait yaradılacaq.

Belə ki, yeniliyə əsasən, subpodrat müqaviləsinin (müqavilələrinin) dəyəri satınalma müqaviləsinin ümumi məbləğinin 50 faizindən çox olmamalıdır. Satınalma müqaviləsinin icrasına subpodratçılar cəlb olunduğu halda, subpodrat müqavilələrinin ümumi dəyərinin 20 faizdən az olmayan hissəsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə həvalə olunmalıdır.

Satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olanda bu malların və ya işlərin satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirir.

Ödəniş 15 günə tamamlanmalıdır

Yeniliyə əsasən, satınalan təşkilat satınalma müqaviləsinin yerinə yetirilməsi üçün qalib malgöndərənə tender sənədlərində göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox olmayaraq avans ödəyə bilər. Qarşı tərəf isə bu vəsaiti yalnız satınalma ilə bağlı istifadə etməlidir.

Ümumiyyətlə, satınalma müqaviləsi üzrə ödəmələr ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.

Qeyri-rəsmi görüşləri qadağan edilir

Qanuna edilən dəyişikliyə görə, satınalan təşkilatın nümaynədələrinin malgöndərənlərlə (podratçılarla) təkcə danışıqları deyil,qeyri-rəsmi görüşləri də qadağan edilir.

Son xəbərlər
Digər xəbərlər