Dövlət Turizm Agentliyi 785 min manatlıq sərgi stendi sifariş verib

Dövlət Turizm Agentliyi “Azinterexpo” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə 2022-ci ilin 7-9 noyabr tarixlərində Böyük Britaniyanın London şəhərində və 29 noyabr-1 dekabr tarixlərində İspaniyanın Barselona şəhərində keçiriləcək turizm sərgilərində açar təhvili üsulu ilə sərgi stendlərinin quraşdırılması işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 785 366 manatdır.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər