Azərbaycanda “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Milli Məclis 24 aprel tarixdə ikinci oxunuşda qəbul edilib.
Banker.az-ın xəbərinə görə, həmin qanuna əsasən vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir:
- 1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində;
- 5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində;
- 10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində;
- 15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində.
Bu qanunun təsdiqlənməsi ilə bağlı qanun layihəsi Azərbaycan Prezidentinə göndərilib.
Qeyd edək ki, bu qanun 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.
Xatırlatma!
Bundan öncə – 73. Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə aşağıda göstərilən miqdarda əlavələr müəyyən edilir:
• 1 ildən 5 ilədək – 21 manat miqdarında;
• 5 ildən 10 ilədək – 24 manat miqdarında;
• 10 ildən 15 ilədək – 27 manat miqdarında;
• 15 ildən 20 ilədək – 30 manat miqdarında;
• 20 ildən 25 ilədək – 39 manat miqdarında;
• 25 ildən 30 ilədək – 45 manat miqdarında;
• 30 ildən yuxarı – 60 manat miqdarında, kimi qeyd edilirdi.
Daha bir dəyişiklik isə 69-cu bəndə yeni yarım bənd əlavə edilib və orada “Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir” deyə qeyd edilib.