14 C
Baku
Saturday, April 27, 2024

Dövlət Vergi Xidməti 900 min manata “E-Portal”ı təkmilləşdirəcək

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Cybernet” Məhdud Məsuliyyətli Cəmiyyət ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Elektron Portalın (E-Portalın) təkmilləşdirilməsi (“Reliz-3”) üzrə işlərin görülməsi nəzərdə tutulub.

Müqavilənin məbləği 892 min 180 manatdır.

Bildirək ki, “Cybernet” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 000 AZN-dir və qanuni təmsilçisi İlham Namazov Bayram oğludur.

Qeyd edək ki, “Cybernet” şirkəti Azərbaycanda İnformasiya Texnologiyası xidmətləri və həlləri təqdim edən aparıcı şirkətlərdən biridir. 2013-cü ildə “İlik İT şirkəti” seçilib, bir sıra beynəlxalq hesabatlarda adı qeyd olunub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər